Bu ilin ilk on ayı ərzində İstanbula 12 milyondan çox turist gəlib


Digərləri 06 Dek 2019 07:07:00 151 0

Bu ilin ilk on ayı ərzində İstanbula 12 milyondan çox turist gəlib

Bu ilin ilk on ayı ərzində İstanbula 12 milyon 690 min 376 xarici turist gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu İstanbul valisi Ali Yerlikaya bəyan edib.

Məlumatda bildirilir ki, şəhərə gələn turistlərin əksəriyyəti almanlardır. 2019-cu ilin əvvəlindən oktyabr ayının sonunadək İstanbulu 965 min 115 Almaniya vətəndaşı ziyarət edib. Bu siyahıda ilk beşlikdə İraq, Fransa, İran və Rusiya vətəndaşları yer alırlar.