ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb, ölənlər var


Dünya 06 Dek 2019 06:30:52 139 0

ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb, ölənlər var

​ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb, ölənlər var

ABŞ Milli Qvardiyasının helikopteri Sent-Klauda (Minnesota ştatı) şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Ştatın qubernatoru Tim Uolz mətbuat konfransında bildirib ki, qəza zamanı helikopterdə olan 3 nəfər həlak olub.

"UH-60 Black Hawk" helikopteri Sent-Klaudadan təxminən 25 kilometr cənub-qərbə qəzaya uğrayıb. "Qəza nəticəsində helikopterdə 3 heyət həlak olub", - Uolz deyib.

O, qeyd edib ki, həlak olanların hamısı ABŞ Milli Qvardiyasının hərbi qulluqçuları olub.

"Yaxın günlərdə araşdırma başlanacaq", - qubernator əlavə edib.