ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb


Digərləri 06 Dek 2019 06:17:00 127 0

ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb

ABŞ-ın Minnesota ştatının Milli Qvardiyasına məxsus "Black Hawk" helikopteri qəzaya uğrayıb

Bakı. ABŞ-ın Minnesota ştatının Milli Qvardiyasına məxsus "Black Hawk" helikopteri qəzaya uğrayıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan helikopterin göyərtəsində 3 nəfər olub. Milli Qvardiyanın məlumatında bildirilir ki, helikopterlə yerli vaxtla təxminən saat 14:04-də əlaqə kəsilib: "Biz təsdiq edə bilərik ki, Minnesotanın Milli Qvardiyasına məxsus "UH-60 Black Hawk" helikopteri Sent-Klauddan cənubda qəzaya uğrayıb. Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib".