Boliviyanın müvəqqəti dövlət başçısı prezident seçkilərində namizəd olmayacaq


Dünya 06 Dek 2019 04:58:10 158 0

Boliviyanın müvəqqəti dövlət başçısı prezident seçkilərində namizəd olmayacaq

​Boliviyanın müvəqqəti dövlət başçısı prezident seçkilərində namizəd olmayacaq

Boliviya prezidentinin vəzifələrini müvəqqəti icra edən Janin Anyes 2020-ci ilinmartında təyin edilmiş prezident seçkilərində iştirak etmək niyyətində deyil.

"Report" xəbər verir ki, bu barədə yerli "Deber" nəşri xəbər yayıb.

Prezident administrasiyasının başçısı Yerko Nunes jurnalistlərə bildirib ki, müvəqqəti hökumət səsvermələrdən sonra fəaliyyətinə son qoyacaq.

"Janin Anyes seçkilərdə namizəd olmayacaq, hazırkı hökumət yalnız seçkilərə qədər fəaliyyət göstərəcək", - Nunes qeyd edib.

Ötən seçkilərdə sabiq dövlət başçısı Evo Moralesin rəqibi olmuş Karlos Mesa növbəti seçki marafonunda namizəd olmaq niyyətini açıqlayıb. Həmçinin sağ cərəyandan olan siyasətçi Luis Kamaço da qarşıdan gələn seçkilərdə namizədlik iddiasını ortaya qoyub.

Hesab edilir ki, sağların arasında birliyin yoxluğu və bir neçə namizədin iddialı olması qarşıdakı seçkilərdə sosialistlərlə qarşıdurmanı çətinləşdirə bilər.