İranda toyda partlayış zamanı 11 nəfər ölüb, onlarla insan yaralanıb


Dünya 06 Dek 2019 03:21:23 129 0

İranda toyda partlayış zamanı 11 nəfər ölüb, onlarla insan yaralanıb

​İranda toyda partlayış zamanı 11 nəfər ölüb, onlarla insan yaralanıb

İranın qərbindəki Kürdüstan əyalətdə toy mərasimi zamanı qaz partlayışı nəticəsində 5-i uşaq olmaqla, azı 11 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Mehr" agentliyi bildirib.

Qeyd edilir ki, qaz balonunun partlaması zamanı həmçinin 34 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların səhhəti haqqında məlumat verilmir.