Ermənilərin hücumuna məruz qalan azərbaycanlı jurnalist danışdı ŞOK TƏFƏRRÜAT VİDEO


Kriminal 06 Dek 2019 00:45:00 169 0

Ermənilərin hücumuna məruz qalan azərbaycanlı jurnalist danışdı  ŞOK TƏFƏRRÜAT  VİDEO

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində AzTV-nin əməkdaşına hücum edilməsi barədə xəbər verimişdik.

Son.az xəbər verir ki, hadisə erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi zamanı baş verib. Belə ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.

Xüsusi müxbir Zakir Musayev bildirir ki, hadisə canlı bağlantıdan sonra baş verib:

"Səhər saat 10 radələri idi. Canlını bitirdim, çəkilmiş materialı efirə göndərmək üçün interneti olan kafeyə girdik. Üstündən 2 dəqiqə keçmədi ki, arxamızca kafeyə 4 nəfər erməni girdi. Üstümüzə qışqırıb, bizi təhqir etməyə başladılar. Kafe sahibəsi qadın əvvəl onları qovmaq istəsə də, erməni olduqlarını biləndən sonra onlara qoşuldu. Daha sonra bizi kafedən çölə atdılar".

Musayevin sözlərinə görə, küçədə 50-ə yaxın erməni azərbaycanlı jurnalisti mühasirəyə alaraq, onun kompüterini əlindən almağa cəhd göstərib. Məsələyə polis müdaxilə etsə də, azğınlaşmış qrup polisin işinə belə mane olmağa çalışıb:

"Artıq küçədə bizi çoxsaylı erməni gözləyirdi. Hamısı təhqir edir, bəziləri isə bizə güc tətbiq etməyə çalışırdı. Həm özümüzə, həm də texnikamıza hücum etməyə başladılar. Əlbəyaxa oldular, kameramızı təpiklə vurdular və sındırdılar. Beləcə günümüz küçələrdə, polisdə və tibbi ekspertizada keçdi".