Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var


Sosial 06 Dek 2019 00:36:51 122 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzasıbaş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində1997-ci il təvəllüdlü Həsənova Aytac Həsən qızı və 1953-cü il təvəllüdlü Həsənov İsrail Cəbrayıl oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. A.Həsənovaya kəllə-beyin travması, İ.Həsənova isəsağ bilək oynağının əzilməsi və sol dirsək sümüyünün qapalı sınığı diaqnozları qoyulub.