Bakıda 5 evdən oğurluq edən şəxs saxlanıldı


Digərləri 05 Dek 2019 23:41:10 123 0

Bakıda 5 evdən oğurluq edən şəxs saxlanıldı

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə 5 evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Bakı. Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə 5 evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla noyabrın 12-dən 29-dək olan müddətdə Binə qəsəbəsi ərazisindəki həmin evlərdən ümumilikdə 1850 manat pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib. 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Rövşən İbrahimovun əvvəllər də oğurluğa görə məhkum olunduğu aşkar edilib.