Rəqəmsal iqtisadiyyat Banqladeşi necə formalaşdırır


Digərləri 05 Dek 2019 23:40:00 121 0

Rəqəmsal iqtisadiyyat Banqladeşi necə formalaşdırır

Sürətli rəqəmsallaşmanın başlaması ilə Banqladeş kimi bir çox inkişaf etməkdə olan ölkələr rəqəmsal iqtisadiyyata diqqət yetirməyə başlayıblar. Bir ölkə iqtisadiyyatının rəqəmsallaşdırılması, xidmət sənayesində yeniliklərə təkan verməklə yanaşı, daha sürətli iqtisadi inkişafa imkan verən daxili iş imkanlarını da artırır. TED.az rəqəmsal iqtisadiyyatın Banqaldeşə təsirini nəzərdən keçirir:

Son.az ted.az-a istinadən bildirir ki, freelancing müştərilər və layihələr seçmək azadlığı, qlobal bazara çıxış da daxil olmaqla bir çox üstünlük təqdim edir. Nəticə etibarilə, freelancing bir çox insan üçün karyera seçimi üçün imkan yaradır. Oksford İnternet İnstitutunun (OII) araşdırmalarına görə, Banqladeş  onlayn işçi qüvvəsinin ikinci ən böyük tədarükçüsü oldu. Ölkədəki 650 000 qeydiyyatdan keçmiş freelancerdən təxminən 500 000-i mütəmadi şəkildə çalışır. Bildirilir ki, Banqladeş İKT bölməsinə görə hər il 100 milyon dollar gəlir əldə edir.

Qeyd edək ki, Hindistan ümumdünya freelancerlərin 24%-ə yaxın hissəsinin onlayn iş təminatçısıdır, ardınca Banqladeş (16%) və ABŞ (12%) gəlir. Fərqli ölkələr freelancing xidmətlərinin müxtəlif sahələrinə diqqət yetirirlər. Məsələn, texnologiya və proqram təminatında Hindistan freelancerləri üstünlük təşkil edir, Banqladeş isə satış və marketinq dəstəyi xidmətlərinin ən yaxşı təchizatçısıdır.

Freelancing işsizlik probleminin həllidir

"World Vision Bangladesh"in araşdırmasına görə, Banqladeşdə 44 milyon gəncin hər 10 nəfərindən biri işsizdir. Üstəlik, Banqladeşdəki müxtəlif dövlət və özəl universitetlərdə təhsilini bitirən minlərlə məzun hər il əmək bazarında uyğun mövqe tapa bilmir. Nəticədə, ölkədə təhsilli işsizliyin səviyyəsi artır. Lakin gənc, işsiz insanlar asanlıqla İT təhsili almaq və freelancing ilə karyeralarına başlaya bilərlər. Bununla onlar, nəinki pul qazanır, həm də dəyərli xarici valyuta ilə maaş alaraq iqtisadiyyata töhfə verirlər.

Qadınlar üçün iş imkanları