Telefon danışığınızı kim dinləyir? –


Digərləri 05 Dek 2019 23:20:00 115 0

Telefon danışığınızı kim dinləyir? –

"Telefon söhbəti deyil, sonra danışarıq" deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, YouTube və yaxınlarımızın bizdə yaratdığı o telefon qorxusu gözləntilərimizi doğruldurmu?

Son.az ted.az-a istinadən həmin qorxunu yox edəcək yolu sizə təqdim edirik:

* # 21 #

Bu kodu yığaraq zənglər, mesaj və digər məlumatlarınızın yönləndirilməsi barədə informasiya ala biləcəksiniz.

Xaricilərin təcrübəsinə dayanaraq demək olar ki, məlumat yönləndirilməsi ən çox uşaqlarını spam və fırıldaqçılıqdan qorumaq istəyən valideynlər və qısqanc sevgililər tərəfindən istifadə olunur.

* #62#

Bu kod şəxsi məlumatlarınızın tam olaraq kimə, yəni hansı nömrəyə yönəldiyini bildirir.

P.S.: Smatfonun şəbəkəyə bağlı olduğu halda bəzən zəng qəbul edə bilmirsə (zəng çatmırsa), məlumatlarınızın mobil operatorunuzun nömrələrindən birinə yönləndirilmə ehtimalı var.