İranda mobil operatorlara 90 milyon dollar zərər dəydi


Digərləri 05 Dek 2019 22:50:00 100 0

İranda mobil operatorlara 90 milyon dollar zərər dəydi

İranda kütləvi etirazlar zamanı mobil operatorlar internet kəsintisi ilə bağlı 90 milyon dollar zərərə uğrayıb.

Son.az ted.az-a istinadən bildirir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.

İranlı Tələbələr Xəbər Agentliyinə (İSNA) müsahibəsində Cəhromi internet kəsintisi ilə əlaqədar ən böyük zərərin ticarətlərini internet üzərindən edən biznesmen və şirkətlərə dəydiyini bildirib: "Ticarət palataları və iş adamları birlikləri ilə keçiriləcək görüşlərdən sonra daha dəqiq məlumatlar əldə olunacaq".

Rabitə Tənzimləmə Təşkilatının hesabatına görə, mobil (GSM) operatorlar kəsinti ilə bağlı 90 milyon dollar zərərə uğrayıb, İran Milli Poçt Şirkətinin gündəlik gəlirləri isə 40% azalıb.