Bu İsveçrə şirkəti inşaat sənayesini əbədi olaraq dəyişdirəcək


Digərləri 05 Dek 2019 22:20:00 147 0

Bu İsveçrə şirkəti inşaat sənayesini əbədi olaraq dəyişdirəcək

Yeni bina inşa etmək ətarafı ən çox kirləndirən işlər sırasına daxildir. BMT-nin qlobal araşdırmasına görə, tikinti sektoru dünyanın ümumi enerji istehlakının təqribən 40%-i üçün cavabdehdir.

İsveçrə tədqiqatçılarından ibarət konsorsium bu problemin həlli yolunu tapıb: robotlarla işləmək. Konsepsiyanın sübutu "DFAB House"dadır.

Son.az ted.az-a istinadən bildirir ki, "DRAB House" rəqəmsal istehsal metodlarının xoreoqrafiyasından istifadə edərək dizayn edilmiş ilk yaşayış binası kimi tanınır. Sürix yaxınlığındakı üç mərtəbəli binada 3D çaplı tavanlar, enerjiyə qənaətli divarlar, robotlar tərəfindən düzəldilmiş ağac sütunlar və ağıllı ev sistemi mövcuddur.

ETH Sürix Universitetində mütəxəssislər qrupu və 30 sənaye tərəfdaşı tərəfindən dörd il ərzində inkişaf etdirilən, 2370 kvadrat metr (220 kvadrat metr) ölçülü "DFAB House"ın tikintisi zamanı sementə 60%-dək qənaət olunub. Bina İsveçrə tikinti təhlükəsizlik qaydalarına uyğun şəkildə inşa edilib.

"DFAB"ın tədqiqat qrupunun üzvü Matthias Kohler deyib: "Tikintidə sürət rekordlarını qırmaq heç də bizim məqsədimiz deyildi. Əlbəttə ki, sürət və iqtisadiyyatda irəliləyişlər əldə etməkdə maraqlıyıq, amma əvvəlcə keyfiyyət ideyasını tutmağa çalışdıq. Hər şeyi çox sürətli edə bilərsiniz, amma bu, onun, həqiqətən, davamlı olacağına təminat vermir".

Kohler inanır ki, texnologiyanın tətbiqi insan yaradıcılığını artıracaq və hətta sənətkarlığın canlanmasına təkan verəcək. O hesab edir ki, gələcəkdə maşınlar insanlardan bir o qədər də seçilməyəcək.