Elmar Məmmədyarov İrlandiyanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb


Siyasət 05 Dek 2019 22:07:14 169 0

Elmar Məmmədyarov İrlandiyanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb

​Elmar Məmmədyarov İrlandiyanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı iclası çərçivəsində İrlandiyanın Xarici İşlər və Ticarət naziri Simon Koveney ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlər Azərbaycan və İrlandiya arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Onlar müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər regional məsələləri müzakirə ediblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək