BDU tələbələrinin toksiki zəhərlənməsi nə deməkdir? –


Digərləri 05 Dek 2019 22:05:00 147 0

BDU tələbələrinin toksiki zəhərlənməsi nə deməkdir? –

Bu gün nəhayət ki, AQTA sədri Qoşqar Təhməzli BDU -da zəhərlənən tələbə qızların qidadan yox, toksiki səbəbdən zəhərləndiyini və birinin həyatını bu səbəbdən itirdiyini bəyan etdi.

Həftələrdir mətbuatda yazılan müxtəlif qida versiyaları heçə çıxarıldı və səhv hesab edildi. Hər halda müəyyən analizlər və meyitin ekspertizasının nəticələri dövlət rəsmisini belə bir açıqlama verməyə vadar edib.

Bəs indi hüquq mühafizə orqanlarının araşdırdığı və üzə çıxarılmalı olduğu toksiki zəhərlənmə nə deməkdir? Son.az medicina.az-a istinadən toksiki zəhərlənmə adı altında hansı maddələrdən və səbəblərdən zəhərlənmə versiyalarını araşdırıb. Toksiki zəhərlənmə toksiki agentin müxtəlif yollarla orqanizmə düşməsi nəticəsində baş verir.

Bura aiddir:

Dəm qazı zəhərlənməsi Müxtəlif qazlarla zəhərlənmə Qidada olan toksiki agent, məsələn meşə göbələyi Müxtəlif kimyəvi maddələrlə zəhərlənmə Turşularla zəhərlənmə Dərmanlarla zəhərlənmə Mışyakla zəhərlənmə Alkoqol zəhərlənməsi Yandırıcı və təmizləmə məhlulları

Orqanizmə düşmə yollarına görə toksiki zəhərlənmənin inhalyasion - yəni tənəffüs yolları ilə, peroral - yəni ağızdan daxil olma, perkutan - dəri vasitəsilə, inyeksion - hər hansı iynə vurulması formaları ayırd edilir.

Toksiki agentin növü və dozasına görə fəsadlar yüngül, orta və ağır zəhərlənmə baş verir.