Bu 5 xəstəliyin səbəbkarı telefonunuzdur –


Digərləri 05 Dek 2019 21:35:00 124 0

Bu 5 xəstəliyin səbəbkarı telefonunuzdur –

Müasir gadjetlər - istər tv, istər telefon, planşet, sizin orqan və beyninizə mənfi təsir edir. Son.az medicina.az-a istinadən bildirir ki, hazırda yaranmasında məhz telefonun böyük rol oynadığı xəstəliklər var. Siyahı ilə tanış olun:

1. Karpal tunel sindromu

Onu həmçinin bilək sindromu da adlandırırlar.

Ovucda, biləkdə sümüklə bağlar arasında sinir kanalının sıxılmasıdır. Son zamanlar geniş yayılıb, gənclərdə rast gəlinir. Əlin bilək üstü, ovuc hissəsi qıc olur, keyiyir, ağrıyır. Əldə bütün barmaqlar, çeçələdən başqa, ağrıyır. Getdikcə proses dərinləşir, insan komputerdə və ya telefonda yazı yaza bilmir, işləyə bilmir.

Sinirin ətrafı iltihabkaşır. Alimlər sübut edib ki, uzun müddət, gündə məsələn 8-9 saat klaviaturada, telefonda yazı yazanlarda bu sindrom yaranır.

Necə müalicə olunur:

Əgər bu simptomlar varsa, ağrıkəsici, mazlar və s. vaxt itirməyin. Nevroloq və ya ağrı mütəxəssisinə müraciət edin. Əgər ilk başdan müalicə etsəniz, əməliyyatdan yan qaça bilərsiniz.

Bir müddət həmin əlinizə şina taxıla bilər və siz komputer, teletona fasilə verməlisiz.

2. Quru gözlər və ya komputer gözləri sindromu

Monitora gündə 3 saatdan artıq fasiləsiz baxanlarda yaranır. Göz bəbəkləri daralıb bir nöqtəyə baxır, uzağa baxmağı sanki yadırğayır, yorulur, qırpma hərəkətləri azalır. Nəticədə gözlər ağrıyır, qızarır, quruyur, boyun, başa ağrı verir. Göz yaşı kanalı da quruya bilər. Eləcə də müalicə almadıqda, simptomlar dərinləşib başqa göz xəstəliklərinə yol açır

Nə etməli?

Komputerlə iş zamanı hər 2 saatdan bir 20 dəqiqə fasilə verməli. Göz quruluğuna qarşı damcılar almalı. Uzağa baxmalı, tez-tez göz məşqləri edin, İldə bir dəfə oftalmoloq müalicəsindən keçin.

3. Eşitmədə pozulmalar

Qulaqcıqlar real təhlükə mənbəyidir. Bütün zəngləri də qulaqcıqla qəbul etmək eşitmə aparatını sıradan çıxarır. Gündə 85 desibeldən yuxarı küy təsiri qulaq içində olan xüsusi tükləri zədələyir. Nəticədə beyinlə qulaq arasındakı səs mübadiləsi pozulur. Müasir qulaqcıqlar maksimum 105 desibel yüksəkliyə hesablanıb. 5 dəqiqə bu səs kifayətdir ki, eşitmə zəifləsin.