Bakının Abbasqulu Abbaszadə küçəsində hərəkət məhdudlaşdırılacaq


Digərləri 05 Dek 2019 21:24:00 183 0

Bakının Abbasqulu Abbaszadə küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Səbail rayonunun Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə orta məktəb arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Son.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.