“Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb


Digərləri 05 Dek 2019 20:45:58 123 0

“Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. Dekabrın 3-dən 6-dək Bakıda keçirilən “Bakutel-2019” Telekommunikasiya və İnformasiya Texnologiyaları beynəlxalq sərgisi çərçivəsində “Azərkosmos” və Rusiyanın peyk operatoru “Rusiya Peyk Rabitəsi” (Космическая связь) arasında peyk rabitəsi və yayımı sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. “Azərkosmos” ASC-dən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən, “Azərkosmos” Avropa, Yaxın Şərq və Afrika, o cümlədən Azərbaycan, Rusiya və MDB ölkələrində “Azerspace-1”, “Azerspace-2” və “Rusiya Peyk Rabitəsi”nin “Ekspress-AM” (Экспресс-АМ) peyk qruplaşmasının xidmətlərindən birgə istifadə edəcək. Azərbaycan və Rusiyanın peyk operatorları tərəfindən korporativ rabitə şəbəkələrinin təşkili, televiziya yayımı, eləcə də dənizdə, quruda və havada data xidmətləri təklif olunacaq. Layihələr üzərində birgə əməkdaşlıq hər iki şirkətə Avrasiya və Afrika qitələrinin bölgələrində daha da möhkəmlənməyə, həmçinin peyk rabitəsi və yayım xidmətləri göstərmək üçün daha geniş bazarlara çıxış imkanı verəcək.