Daxili orqanında 142 metadon həbi aşkar edildi


Kriminal 05 Dek 2019 19:48:00 164 0

Daxili orqanında 142 metadon həbi aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.

Daha sonra Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.