Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımaların həcminin artırılması müzakirə edilib (FOTO)


Digərləri 05 Dek 2019 19:21:00 155 0

Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımaların həcminin artırılması müzakirə edilib (FOTO)

Nazir Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliy ilə görüş keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb. Eyni zamanda Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb.