Məşhur aktyor xanımından üzr istədi FOTO


Digərləri 05 Dek 2019 19:15:00 127 0

Məşhur aktyor xanımından üzr istədi  FOTO

Dünyaca məşhur müğənni-aktyor Castin Timberleykin yeddi illik xanımı, model Cessika Bilə xəyanət etdiyi iddia olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun "Palmer" filmində rol aldığı aktrisa Alişa Ueynraytla eşq yaşadığı qeyd edilib.

Hətta, cütlük barların birinin eyvanında əl-ələ görüntülənib. Castin qərb KİV-lərinin mövzu barədə xəbər dərc etməsindən sonra sosial şəbəkədə açıqlama yayıb.

38 yaşlı ifaçı sərxoş olduğunu deyərək peşman olduğunu bildirib: "Dedi-qodulardan uzaq dururam. Amma ailəm, sevdiyim insanları incitdiyi üçün son hadisələrə aydınlıq gətirəcəm. Bir neçə həftə bundan əvvəl ciddi ittihamla üzləşdim. Dəqiq deyirəm, dostumla aramda heç bir münasibət olmayıb. O gecə sərxoş idim, davranışlarımı idarə edə bilmirdim və çox peşmanam".

Daha sonra sənətçi xanımından üzr istəyib: "Oğul atasıyam və örnək bir davranış deyil. Onları utandırdığım üçün xanımım və ailəmdən üzr istəyirəm. Bacardığım qədər yaxşı ər və ata olmağa çalışacam. Amma bu davranışım mənə yaraşmadı".