Onlar necə formada qalırlar?


Şou-biznes 05 Dek 2019 19:20:00 174 0

Onlar necə formada qalırlar?

Müğənni Zamiq Hüseynov "Telesəhər" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, verilişin aparıcıları Nigar Camal və Eldar Qasımov ona formada qalması ilə bağlı suallar ünvanlayıb. Zamiq pəhriz sirrini bölüşüb:

"Həftənin 6 günü idman edirəm. Gecə toydan gələndə saat 4-ə kimi yata bilmirəm. 12-də yuxudan duran kimi idmana başlayıram. Çox az yeyirəm, pəhriz saxlayıram. İnsan özünü necə öyrəşdirirsə, elə davam edir. Əvvəl yediklərimi indi yesəm, narahat olaram. Artıq ağır yeməklər yeyə bilmirəm. Yağsız yeyirəm. Şəkərli qidaları sevmirəm. Duzu çox yeyirəm, azalda bilmirəm".

Eldar da pəhriz saxladığını, qida rasionundan şirniyyatı çıxardığını söyləyib:

"Ayda 1 dəfə mədəmə bayram verirəm. Hər şey yeyirəm. Bir də şirniyyat heç sevmirəm".