Gülnarə Kərimovanın həbs müddəti uzadıldı


Dünya 05 Dek 2019 19:04:00 156 0

Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs müddəti beşinci dəfə uzadılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, xəbəri Gülnarə Kərimovanın qızı "Instagram"da paylaşıb. 

Londonda yaşayan İman Kərimova söz verib ki, bundan sonra  Özbəkistan hakimiyyətinin qanunsuz əməlləri və anasının siyasi motivlərlə həbs edilməsi ətrafında baş verən hadisələr barədə geniş məlumatlar verəcək. Bununla əlaqədar olaraq, ona məxsus "Instagram" hesabını kiçik qardaşı İslam Kərimov və vəkillər heyəti işlədəcək. 

İman Kərimova bildirir ki, hazırkı hökumət üzvlərinin əksəriyyəti həqiqətin onlara sərf etməməsi səbəbindən onun anasını tam təcrid olunmuş vəziyyətdə saxlayırlar.