Gürcüstandan gələn avtomobildə narkotik tapıldı


Kriminal 05 Dek 2019 19:00:00 133 0

Gürcüstandan gələn avtomobildə narkotik tapıldı

Gürcüstandan Azərbaycana gələn avtomobildə narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21074" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra üzərində şəxsi yoxlama aparılması üçün vətəndaş giriş nəqliyyat xəttindəki otağa dəvət olunub. Bu zaman o, sənəd götürmək bəhanəsi ilə geri qayıdaraq avtomobilinin ön sərnişin qapısından içəri kağız parçası atıb.