Qaxda 19 min ağac əkiləcək


Digərləri 05 Dek 2019 17:55:00 139 1

Qaxda 19 min ağac əkiləcək

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Qaxda 19 min ağac əkiləcək.

Son.az xəbər verir ki, bunu Trend-ə Qax Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Elbrus Tağıyev deyib.

E.Tağıyevin sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində rayonun 17 nümayəndəliyinin hamısının ərazisində ağac əkiləcək. Ağacların əkiləcəyi yerlər rayonun təxminən 28 hektar ərazisini əhatə edəcək.

RİH başçısının müavini qeyd edib ki, bitiş səviyyəsinin yüksək olması üçün rayonun iqliminə xarakterik ağaclar əkiləcək.