Gözəl dəri üçün qış menyusu


Digərləri 05 Dek 2019 18:20:00 144 0

Gözəl dəri üçün qış menyusu

Yayda qaralan dəri solğunlaşır, təravətli görünüşünü itirir. Dəri payız və qış ayıarında daha cansız, quru və baxımsız görünür.

Son.az axşam.az-a istinadən xəbər verir ki, soyuq havada dərinin elastikliyini saxlamaq üçün ona qulluq etmək mütləqdir. Dərini daha da təravətləndirmək, gözəlləşdirmək üçün isə evdə bu prosesləri etmək məsləhətdir.

1. Üz üçün terapiya Quru, solğun dəri üçün... ¼ limon şirəsi, 1 yumurtanın sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı bitki yağı və bir az gil əlavə edib qarışdırın. Maskanı üz və boyun nayihəsinə çəkib, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Daha sonra nəmləndirici krem çəkin.

2. Dərini təravətləndir Hər gün kətan toxumunu qaynadıb, suyunu içmək dərini daha gözəl göstərəcək. Tərkibdəki fitoestrogen hər yaşda dərini cavan saxlayacaq, qırışların qarşısını alacaq. Tərkibindəki A və E vitamini orqanizmin işini yaxşılaşdıracaq, dərini ətraf mühitin çirkli təsirindən qoruyacaq.