“Narınc Rüstəmova qardaşım uşaqlarına saxta sənəd düzəltmişdi”


Şou-biznes 05 Dek 2019 18:10:00 1000 0

“Narınc Rüstəmova qardaşım uşaqlarına saxta sənəd düzəltmişdi”

Şairə Nazilə Səfərli psixoloq Narınc Rüstəmova barədə sərt iddialar səsləndirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə "Yeniçağ"ın canlı yayımında danışıb:

"Qardaşımın uşaqlarına saxta sənədlər düzəltmişdi. Guya ki, uşaq atası ilə görüşəndə anasını itirmək qorxusu yaşayır. Atam da dedi ki, məni də o aparata qoşun. Görüm çöldə kiminləsə çay içib gələndə arvadımı itirmək qorxusu yaşayıram, ya yox? Sonra gördülər ki, atam çox üstünə düşüb, sənədi ləğv etdilər. Azərbaycanda o formada iş görən çoxdur. Ona görə də üstünə getmədim. Qızlarla Yessentukiyə gəlmişdi. Orada onu gördüm, amma yaxınlaşmadım. Özüm dedim ki, görüm burada olduğunu paylaşacaqmı? O, məni görmədi. Sonra başa düşdüm ki, o da kiminsə əmrinə tabedir".