Yevlax və Ağcabədidə qaz xəttini zədələyiblər


İqtisadiyyat 05 Dek 2019 17:39:14 105 0

Yevlax və Ağcabədidə qaz xəttini zədələyiblər

​Yevlax və Ağcabədidə qaz xəttini zədələyiblər

Yevlax rayonunda "Aran 2" qəsəbəsində ekskavatorla diametri 57 mm olan qaz xəttini qırıblar.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqa” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilir ki, hazırda 60 abonentin qaz təminatında fasilə yaranıb.

Ağcabədi rayonunda da Şərəfxanı kəndində 76 mm diametrində orta təzyiqli qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. 193 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək