Heydər Əliyev Beynəlxalq Aeroportu 2019cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib


Digərləri 05 Dek 2019 17:23:00 110 0

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib etmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, eyni zamanda bir neçə aviaşirkət -  "Etihad Airways", "Iraqi Airways", "Lufthansa", "Kuwait Airways" və "China Southern" Bakıdan uçarkən ən yüksək nəticəyə - 100% punktuallığa nail olmuşdurlar.

"Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "İran Air", "flyNAS", "Uzbekistan Airways", "Belavia" və "Qatar Airways" planlaşdırılmış uçuşların ən azı 90% -i yerinə yetirilmişdirlər. "Nordwind" (88.9%) və "Turkish Airlines" (85.5%) aviaşirkətləri həmçinin yüksək nəticə göstərmişdirlər.

Ümumilikdə, 2019-cu ilin noyabr ayında Bakının hava limanından uçuşların 81% -i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilmişdir.