Fransada genişmiqyaslı tətil keçirilir


Dünya 05 Dek 2019 16:52:16 129 0

Fransada genişmiqyaslı tətil keçirilir

Fransada həmkarlar təşkilatları ölkə ərazisində genişmiqyaslı tətil keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, tətil ölkə prezidenti Emmanuel Makronun təklif etdiyi pensiya islahatları ilə əlaqədardır.

Yeni qaydalara əsasən pensiya yaşının artırılması, daha tez pensiyaya çıxanların az pensiya alması təklif olunur.

Ümumölkə tətili nəticəsində nəqliyyat sisteminin işində ləngimələr yaranıb.

Sürət qatarları və şəhərlərarası qatar reyslərinin 90 faizi təxirə salınıb.