Fransada genişmiqyaslı tətil keçirilir - Nəqliyyat sistemi iflic oldu
Digərləri 05 Dek 2019 16:35:00 116 0
Fransada həmkarlar təşkilatları ölkə ərazisində genişmiqyaslı tətil keçirir
Bakı.
Fransada həmkarlar təşkilatları ölkə ərazisində genişmiqyaslı tətil keçirir.
Trend-in məlumatına görə, tətil ölkə prezidenti Emmanuel Makronun təklif etdiyi pensiya islahatları ilə əlaqədardır.
Yeni qaydalara əsasən pensiya yaşının artırılması, daha tez pensiyaya çıxanların az pensiya alması təklif olunur.
Ümumölkə tətili nəticəsində nəqliyyat sisteminin işində ləngimələr yaranıb.
Sürət qatarları və şəhərlərarası qatar reyslərinin 90 faizi təxirə salınıb.
Mənbə: az.trend.az