"İnsan insanı bu qədər sevərmi?"


Şou-biznes 05 Dek 2019 16:26:00 224 0

"İnsan insanı bu qədər sevərmi?"

Aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günay Baxşəliyeva haqqında danışıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Bizimləsən" verilişində sevgidən söz açıb. Aparıcı xanımına təşəkkür edib:

"Kaş hər kəsin həyatında olsun. Bizim həyatımızda var, bəlkə ona görə sevgisizliyi hiss edə bilmirəm. Elə insan var bunun acıdır. Sevgi ilə o qədər əhatə edilmişəm ki... Kənardan baxanda düşünürəm ki, bir insan bir insanı bu qədər sevə bilərmi? Sayğısı, hörməti evdə də, çöldə də bu qədər ola bilərmi? Bəlkə bu da bir lotoreyadır, Allahın bir yazısıdır. Buna görə Günaya təşəkkür edirəm".