Qız təlim maşını ilə zəncirvari qəzaya səbəb oldu


Dünya 05 Dek 2019 16:17:00 123 0

Qız təlim maşını ilə zəncirvari qəzaya səbəb oldu

Rusiyanın Sankt-Peterburq şəhərində zəncirvari qəza olub.

"Audi" markalı avtomobil piyada keçidinin qarşısında "Mercedes" markalı maşınla toqquşub.

Zərbənin təsirindən avtomobil yolun qazonla ayrılan hissəsinə düşərək, işıq dirəyini qırıb və qarşı tərəfdə olan 11 avtomobili zədələyib.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.