ABŞ Suriyanın şimalşərqindəki qoşunlarını çıxardı


Dünya 05 Dek 2019 16:04:00 108 0

ABŞ Suriyanın şimalşərqindəki qoşunlarını çıxardı

ABŞ Suriyanın şimal-şərqindən qoşunlarının çıxarılması və yenidən yerləşdirilməsi prosesini başa çatdırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper danışıb.

Nazirin sözlərinə görə, Suriyada 600 ABŞ hərbi qulluqçusu qalacaq.

"Hərbçilərin sayı bu rəqəm ətrafında olacaq. Əgər nələrinsə baş verdiyini görsək, mən iştirakımızı bir qədər gücləndirə bilərəm", - Esper bildirib.