Azərbaycanda qətl törədib Rusiyaya qaçdı,


Kriminal 05 Dek 2019 15:23:00 150 0

Azərbaycanda qətl törədib Rusiyaya qaçdı,

Azərbaycanda qətl törədərək, Rusiyaya qaçan şəxs ekstradisiya olunacaq. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən adam öldürməkdə şübhəli bilinən azərbaycanlı Rusiyada da cinayət törədib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycanda qətl törətdikdən sonra Rusiyaya qaçıb və orada oğurluq etdiyi üçün beş il ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilib.

Araşdırma zamanı məlum olub ki, adı açıqlanmayan həmin şəxs Rusiyaya başqa şəxsin pasportundan istifadə edərək girib.