“AzInTelecom” beynəlxalq müqavilə imzalayıb


İqtisadiyyat 05 Dek 2019 14:27:26 158 0

“AzInTelecom” beynəlxalq müqavilə imzalayıb

​“AzInTelecom” MMC rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq müqvilə imzalayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus“AzInTelecom” MMC ilə Belarusun Trafik Mübadiləsi Milli Mərkəzi arasında beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanıb.

"Report" bu barədə dövlət şirkətinəistinadən xəbər verir.

Məlumata görə, “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində bağlanmış müqaviləyə əsasən, tərəflər göstərilən beynəlxalq rabitə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə şəbəkələri qarşılıqlı test edəcək.

Test işləri şəbəkənin ümumi keyfiyyət göstəricilərinin qiymətləndirilməsinə, arabağlantı kanallarına üçüncü tərəflər tərəfindən xoşagəlməz müdaxilə cəhdlərinin vaxtında müəyyən olunmasına və tədbirlərin görülməsinə, qanunsuz beynəlxalq səs trafikinin ötürülməsi ilə mübarizənin artırılmasına imkan yaradacaq.

“AzInTelecom” tərəfindən hazırda 30-dan çox Avropa, Asiya, Amerika və Afrika qitəsində fəaliyyət göstərən beynəlxalq səs operatorları ilə ən son texnologiyalar və siqnallaşma sistemləri üzərindən 12,337 ədəd birbaşa texniki arabağlantı kanalları təşkil edilib.

"Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq səs trafikinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və rabitənin fasiləsizliyinin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək