Doktoranturaya qəbul üçün ingilis dilindən imtahan ödənişli olacaq


Digərləri 05 Dek 2019 14:28:00 134 0

Doktoranturaya qəbul üçün ingilis dilindən imtahan ödənişli olacaq

Doktoranturaya qəbul olmaq istəyənlər üçün ingilis dilindən imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməyə başlanıldıqda namizədlər üçün ödənişli olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, doktoranturaya qəbul imtahanı verənlər üçün ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur.

M.Abbaszadə əlavə edib ki, namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır.

DİM sədrinin bildirdiyinə görə, birinci mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq: "Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik və təbii ki, bu, ödənişli olacaq. Qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqları dərc olunacaq".