Azərbaycanda “Turizm Könüllüləri” Təşkilatı təsis edildi


Digərləri 05 Dek 2019 14:19:16 144 0

Azərbaycanda “Turizm Könüllüləri” Təşkilatı təsis edildi

“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib.

Bakı. İlhamə İsabalayeva - “Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib. Trend-in məlumatına görə, bu gün “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi Bakı Konqres Mərkəzində keçirilən təsis konfransında ictimaiyyətə təqdim edilib. Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Könüllülük Həftəsi” çərçivində baş tutub. Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri, Turizm Könüllüləri Təşkilatının həmtəsisçisi Məhəmməd Muradov deyib ki, təşkilatın məqsədi ictimai formada turistlərə yardımı təşkil etmək, bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığı təşviq etmək, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir. Turizm Könüllüləri Təşkilatının direktoru Hüseyn Məmmədov bildirib ki, könüllülər Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlərə və təcrübə proqramlarına cəlb ediləcəklər.