Bratislavada ATƏT XİN başçılarının görüşü başlayıb


Siyasət 05 Dek 2019 13:12:44 160 0

Bratislavada ATƏT XİN başçılarının görüşü başlayıb

Görüşün əsas mövzusu ATƏT məkanındakı - Ukraynada, Dağlıq Qarabağda, Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin nizamlanmasıdır

© Report/ Elchin Murad — Xarici işlər naziri Elmar Məmmədyarov

Slovakiyanın paytaxtı Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başlayıb.

"Report" xəbər verir ki, toplantıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Bratislavadakı görüş "Xalqlar, dialoq və sabitlik naminə" şüarı altında keçirilir.

Görüşün əsas mövzusu ATƏT məkanındakı münaqişələrin nizamlanmasıdır. XİN başçıları Dağlıq Qarabağ,Ukraynanın şərqindəki vəDnestryanı bölgədəki münaqişələrin həllini müzakirə edirlər.