Bakıda yeniyetmə qız anasının telefonlarını və pulunu oğurlayaraq evdən qaçdı


Digərləri 05 Dek 2019 13:11:00 99 0

Bakıda yeniyetmə qız anasının telefonlarını və pulunu oğurlayaraq evdən qaçdı

Bakıda yeniyetmə qız anasının telefonlarını və pulunu götürərək evdən qaçıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Aygün Cabbarlı rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək qızı, 2004-cü il təvəllüdlü Günay Cabbarlının ona məxsus iki ədəd "Samsung" markalı telefonu və 800 manat pulunu götürərək evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.