Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb - Komitə sədri


Digərləri 05 Dek 2019 13:16:56 149 0

Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb - Komitə sədri

Gürcüstandakı azərbaycanlıların problemlərinin həlli istiqamətində fəaliyyət proqramının icrasına başlanılıb

Bakı. Elçin Mehdiyev - Gürcüstandakı azərbaycanlıların problemlərinin həlli istiqamətində fəaliyyət proqramının icrasına başlanılıb. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. F.Muradov vurğulayıb ki, Dövlət Komitəsinin əməkdaşları Gürcüstanda bu məsələləri araşdırıblar: “Biz Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri bir-bir gəzdik. Biz bilirik ki, orada hansı problemlər mövcuddur. Təhsil Nazirliyi və digər qurumlarla birgə fəaliyyət planı tərtib olundu və artıq o planın həyata keçirilməsinə başlanılıb. Gürcüstanda yaşayan azərbaycanlılara dərsliklər təqdim olunur. Bu yaxınlarda Marneulidə böyük bir ərazidə Azərbaycan gənclərinin inteqrasiya məktəbi yaradılıb. Orada yüzlərlə azərbaycanlı gənc təhsil alır, biliklərə yiyələnirlər”.