“Yeganə ifaçıyam ki, daydayım yoxdur”


Şou-biznes 05 Dek 2019 12:57:00 176 0

“Yeganə ifaçıyam ki, daydayım yoxdur”

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi əməkdar artist Baloğlan Əşrəfov olub. Son.az bildirir ki, əməkdar artist qalmaqalla gündəmə gələn həmkarlarını sərt tənqid edib: "Elə müğənni var ki, oxumağını eşitməmişəm, qalmaqallarını eşitmişəm. Yaz gülü kimidirlər. 1 ay keçmir solurlar. Müğənni qalmaqalla gündəmdə qalmamalıdır. Bu, ona xeyir gətirməz. Arxamda dayanacaq dayım, əmim yoxdur. Yeganə ifaçıyam ki, məni ifama görə dəvət ediblər. Azərbaycanda elə kişi varsa, desin ki, Baloğlanı mən xahiş edib tədbirlərə dəvət etdirmişəm. Eşitdiyimə görə, "YouTube"da saxta baxış sayını artırırlar. Mən belə şeyləri bilmirəm, lazım da deyil. İstəyirəm məni sevənlər həqiqəti əks etdirsin, yalandan sevgi olmur".