Xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb


Digərləri 05 Dek 2019 12:28:56 124 0

Xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb

Xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb.

Bakı. Elçin Mehdiyev - Xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. F.Muradov bildirib ki, bu ilin sonuna qədər 10 ölkədə Azərbaycan evləri fəaliyyətə başlayacaq, gələn il daha 8 ölkədə Azərbaycan evləri yaradılacaq. Komitə sədri əlavə edib ki, xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib. F.Muradov vurğulayıb ki, Azərbaycan evlərinin yaradılması prosesi növbəti illərdə də davam edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin