“Yeddi nar çubuğu” nümayiş olunacaq (FOTO)


Digərləri 05 Dek 2019 11:52:23 216 0

“Yeddi nar çubuğu” nümayiş olunacaq (FOTO)

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Yeddi nar çubuğu” tamaşası nümayiş olunacaq.

Bakı. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Yeddi nar çubuğu” tamaşası nümayiş olunacaq. Trend-in məlumatına görə, Əməkdar artist Qurban Məsimov tərəfindən quruluş verilən tamaşa eyni adlı Azərbaycan nağılının əsasında publisist-şair Zülfüqar Rüfətoğlu tərəfindən pyesləşdirilib. Klassik kukla tamaşası üslubunda hazırlanan “Yeddi nar çubuğu”nda əsasən, kölgə teatrı elementləri tətbiq ediləcək. Parket və masaüstü kukla texnikalarında nümayiş olunacağı tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.