Kamran İmanov: Məhkəmə sistemində vahid hüquqi yanaşmanı təmin etmək tələbi ədalət mühakiməsinin keyfiyyətini artıracaq


Digərləri 05 Dek 2019 11:30:00 126 0

Kamran İmanov: Məhkəmə sistemində vahid hüquqi yanaşmanı təmin etmək tələbi ədalət mühakiməsinin keyfiyyətini artıracaq

Məhkəmə sistemində vahid hüquqi yanaşmanı təmin etmək tələbi ilk növbədə ədalət mühakiməsinin keyfiyyətini artıracaq

Bakı. Ceyhun Ələkbərov - Prezidentin məhkəmə-hüquq sistemində islahatların dərinləşməsinə aid fərmanının icrasına dair qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul olunub. Trend-in məlumatına görə, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminarda bildirib. O qeyd edib ki, bu, islahatların institusional komponentlərini əhatə edir və dəyişikliklər 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək: "İslahatlara əsasən, inzibati və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Məhkəmə sistemində vahid hüquqi yanaşmanı təmin etmək tələbi ilk növbədə ədalət mühakiməsinin keyfiyyətini artıracaq". K.İmanov bildirib ki, yeni bir hüquqi institut - özəl məhkəmə ekspertizası institutu yaradılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin