Ağdamda gənc oğlan güllələnib


Sosial 05 Dek 2019 11:19:42 115 0

Ağdamda gənc oğlan güllələnib

Ağdam rayonunda iki kəndli arasında mübahisə xəsarətlə yekunlaşıb.

Ağdam rayonunda iki kəndli arasında mübahisə xəsarətlə yekunlaşıb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb

Mübahisə nəticəsində kənd sakini 31 yaşlı Orxan Məmmədov həmkəndlisi Cəbrayıl İsmayılov tərəfindən odlu silahla güllələnib.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Mübahisənin borc üstündə düşdüyü bildirilir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.