Dəm qazı daha bir tələbənin canını aldı


Digərləri 05 Dek 2019 10:09:00 134 0

Dəm qazı daha bir tələbənin canını aldı

Bakıda daha bir tələbə dəm qazından boğulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.