İran və Azərbaycan münasibətlərin inkişafı istiqamətində çoxlu müsbət addımlar atıblar


Digərləri 05 Dek 2019 10:00:00 121 0

İran və Azərbaycan münasibətlərin inkişafı istiqamətində çoxlu müsbət addımlar atıblar

İran və Azərbaycan ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində çoxlu müsbət addımlar atıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.

H.Ruhaninin sözlərinə görə, iki ölkənin yüksək səviyyəli rəsmilərinin səfərləri və Azərbaycan Prezidenti cənab İlham Əliyevin məktubu iki ölkə münasibətlərinin inkişafına böyük töhfə verir.

İran Prezidenti əlavə edib ki, rəsmi Tehran iki ölkə arasındakı razılaşmalar və əməkdaşlıqların icrasından razıdır və Bakıda Azərbaycan Prezidenti ilə əldə olunan razılaşmaların tam şəkildə və tez bir zamanda icra olunmasına ümid edir:

"Birgə layihələr, xüsusilə də Xudafərin bəndi və elektrik stansiyası sahəsindəki layihələrdə əməkdaşlıq iki ölkə münasibətlərinin inkişafında dirçəliş yarada bilər. Həmçinin iki ölkənin sərhəd zonalarında elektrik stansiyasının inşa edilməsi böyük əhəmiyyət kəsb edir".

H.Ruhani Rəşt-Astara dəmiryolu ilə əlaqədar birgə layihənin tez bir zamanda icra ediləcəyinə ümidvar olduğunu qeyd edib:

"İran İslam Respublikası Xəzər dənizində neft kəşfi və çıxarılması üzrə birgə layihələrin icrasını ciddi şəkildə izləyir. Bu məsələlərin iki ölkənin birgə komissiyasının iclasında dəqiq şəkildə araşdırılacağına ümid edilir".