Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı artıb


Digərləri 05 Dek 2019 08:30:00 107 0

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 671,8 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstəriblər.

Bakı. Elçin Mehdiyev - 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 671,8 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstəriblər. Trend-in məlumatına görə, sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 474,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 2,4 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,5 faiz artaraq 192,3 milyon nəfər olub.