Bürcləri 2020ci ildə gözləyən İNANILMAZ SÜRPRİZLƏR: eşq, pul, ehtiras...


Digərləri 04 Dek 2019 23:50:00 157 0

Bürcləri 2020ci ildə gözləyən İNANILMAZ SÜRPRİZLƏR: eşq, pul, ehtiras...

Vaxt keçir, illər bir-birinin ardınca uçur, 2020-ci ilin gəlməsinə artıq sayılı günlər qalıb. Odur ki, gələn ilin ulduz falı ilə tanış olmaq üçün əsl vaxtdır.

Son.az xəbər verir ki, münəccimlər gələn il bütün bürcləri həyatının ən önəmli dövründə sürprizlər gözlədiyini bildirib.

Qoç

Qoç bürcünün nümayəndələri 2020-ci ildə inadcıl xarakterini cilovlamağı və hadisələrə daha loyal yanaşmağı öyrənməli olacaq. İlin sahibi - Siçan ədəbsizliyə dözmür, odur ki, müvəffəqiyyətə xarakterinizi yumşaltmaq yolu ilə nail ola bilərsiniz.

2020-ci il yorğunluqla başlayacaq. Özünüzə keyfiyyətli tətilə çıxmağa icazə verin: dənizə səyahət, xaricə tur.

Buğa

Karyera pillələri boyunca çoxdan gözlənilən yüksəlmə, artım, sabitlik və zəfərin təntənəli yürüşü sizə doğru yaxınlaşır. İllər keçdikcə bu bürcün insanları daha hiyləgər və diribaş olmağı öyrənirlər. Ağ Siçan ili sizə qarşılıqlı, ehtiraslı, möhkəm sevgi vəd edir.

Əkizlər

Sürətlə qələbələrin, qəfil qazancın, sərgüzəştlərin pərəstişkarı olan Əkizlər bürcünün nümayəndələri üçün həyat prioritetlərini yenidən nəzərdən keçirmək daha yaxşı olar. Metal Siçan müntəzəmliyi və planlaşdırmanı sevir.

Sevgi cəbhəsi sizi etibarlı münasibətlərlə sevindirəcək. İl, sərfəli və uzunmüddətli ittifaqlar bağlamaq üçün qarşınızda yeni fürsətlər açacaq.

Xərçəng

İş yerində həmkarlarla münasibətlərin kəskinləşməsi mümkündür. İntriqalara cəlb olunmamaq üçün səbir və uzaqgörənlik göstərmək lazımdır. Xərçənglər rəhbərləri ilə ortaq dil tapmalı olacaq. 2020-ci il güclü münasibətlər və uşaq sahibi olmaq üçün mükəmməldir.

Şir

Şir bürcündən olanlar qarşılıqlı münasibət qurmağı bacarır. Həmkarları üçün əla əməkdaşdırlar, həmişə kömək etməyə tələsir, rəhbərlik isə onlarda etibar edə biləcəyi insanı görür. Ağ Siçan ili biznesmenlərə və öz işini quran insanlara uğur gətirəcək, eyni zamanda yeni perspektivləri görməyə kömək edəcək.

Qız

İşgüzar Qız bürcünün nümayəndələri əvəzolunmazdır. İşini sevirlərsə, nadir hallarda boş oturarlar. Qarşıya məqsəd qoysalar, qələbə naminə bütün maneələri aşmağa hazırdılar.