Damarların 4 əsas düşməni açıqlandı


Digərləri 04 Dek 2019 23:46:00 159 0

Damarların 4 əsas düşməni açıqlandı

Münhen şəhərinin Texniki Universitetinin Profilaktika və İdman tibbi Mərkəzinin direktoru Martin Qalle insan bədənində olan qan damarlarının dörd əsas düşmənini açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis bunları qeyd edib: siqaret çəkmək, qanda şəkərin yüksək səviyyədə olması, yüksək xolesterin, yüksək arterial təzyiq.

Alman professor izah edib ki, nikotin qəbulu zamanı damarlar sıxılır və bədənin bəzi nahiyələrinə qan gedib çatmır. Bu, qısamüddətli effekt olsa da, siqaret çəkmək insan orqanizminə yetərincə zərər vurur.

Şirniyyatın həddindən artıq çox yeyilməsi də zərərlidir. Alman mütəxəssis şirniyyatın damarların qoruyucu qatını məhv etdiyini qeyd edib.

Xolesterinin də yüksək dərəcədə olması təhlükəlidir. Bu, orqanik birləşmənin əmələyə gətirdiyi "piləkciklər" arteriyaları tıxayır, onları kövrək və qeyri-elastik edir.